Ukraynada müharibənin əvvəlindən azı 83 338 Rusiya hərbçisi ölüb.
“Report” xəbər verir ki, bu, BBC-nin rus xidməti və “Mediazona”nın açıq məlumatlara əsaslanan
Ən çox itki Başqırdıstanda qeydə alınıb – 3 487 nəfər. Respublikanın həlak olan sakinlərinin 38 %-i könüllü olaraq cəbhəyə gedib, yəni müharibənin başlanğıcında ordu ilə əlaqələri olmayıb. Bu, Rusiyanın orta göstəricisindən (22 %) təxminən iki dəfə çoxdur. Daha 14 %-i səfərbər edilənlər, 18 %-i isə məhbuslar olub.
Ölən başqırdların yalnız 19 %-i əhalisi 100 min nəfərdən çox olan şəhərlərdə yaşayıb. Əksəriyyəti kənd yerlərindən müharibəyə gedib. Təkcə 900 nəfər əhalisi olan Birinci Etkol kəndində 27 sakin Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Onların ən gənci – 23 yaşlı Aysuvak Xasanov haqqında məlumat yoxdur. Ən yaşlısı – 60 yaşlı Rim Maxmutov avqustdan bəri itkin düşmüş hesab olunur.
Başqırdıstan 2023-cü ilin yanvarından bəri dəqiq itki sayına görə regionların beşliyindədir. Respublika bu ilin sentyabrında bu siyahıya başçılıq edib və o vaxtdan bəri birinci yerdədir. İkinci yerdə Tatarıstan (3 401 ölü), üçüncü yerdə Sverdlovsk vilayəti (2 921 ölü), dördüncü yerdə Krasnodar diyarı (2 702 ölü) durur. Beşinci yerdə Perm diyarı (2 592 ölü) qərarlaşıb. Çelyabinsk vilayətində də təxminən eyni sayda (2 573) itki var.
Bununla belə, Ukraynada müharibədə ölən başqırdların real sayı əhəmiyyətli dərəcədə yüksək ola bilər. Jurnalistlər qeyd ediblər ki, təsbit edilmiş bütün adlar, demək olar ki, paylaşımlardan tapılıb. Eyni zamanda, yüksək itkiləri olan digər regionlarda – Tatarıstan və Krasnodar diyarında – məlumatlar əsasən könüllülərin fəal işlədiyi qəbiristanlıqlardan gəlir.