Ukrayna XİN başçısı: "NATO ukraynalıların həyatına görə məsuliyyət daşıyacaq"

Ukrayna XİN başçısı: "NATO ukraynalıların həyatına görə məsuliyyət daşıyacaq" “Ukraynanın səmasını qorumağa yardım etməsəniz, ukraynalıların Rusiya təyyarələrinin raket atəşindən əziyyət çəkməsinin məsuliyyətini bölüşməli olacaqsınız”.
Region
4 Mart , 2022 16:15
Ukrayna XİN başçısı: NATO ukraynalıların həyatına görə məsuliyyət daşıyacaq

“Ukraynanın səmasını qorumağa yardım etməsəniz, ukraynalıların Rusiya təyyarələrinin raket atəşindən əziyyət çəkməsinin məsuliyyətini bölüşməli olacaqsınız”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-ya müraciətində bildirib.

“Rusiya Suiriya kimi Ukraynanı da dağıtmağa cəhd göstərir. Biz döyüşməyə hazırıq. Biz Rusiyanın hərbi yürüşünə qarşı mübarizəni davam etdiririk. Ancaq bizə Rusiyanın havadan hücumlarının qarşısını almaq üçün yardım lazımdır. Əgər siz bunu etməsəniz, Rusiya təyyarələrinin raket atəşindən ölən və əziyət çəkən Ukrayna vətəndaşlarının həyatlarına görə məsuliyyət daşıyacaqsınız”, - Dmitri Kuleba vurğulayıb.

Nazir alyansı Ukrayna səmasını Rusiyanın hücumundan qorumağa çağırıb.

Son xəbərlər

Orphus sistemi