Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini azad edib

Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini azad edib Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərini Rusiya hərbçilərindən azad edib.
Region
26 Mart , 2022 21:49
Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini azad edib

Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərini Rusiya hərbçilərindən azad edib.

Bu barədə "Report" Ukrayna mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarının silah-sursatını və döyüş texnikalarını ələ keçiriblər.

20:45

Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərinə daxil olub.

Bu barədə “Report” Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsinin feysbuk sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir.

Məlumata görə, Ukrayna qoşunları tezliklə şəhər üzərində nəzarəti tam bərpa etməyə yaxındır.

Qeyd edilir ki, Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini geri almağa davam edir: “Şəhər tezliklə Rusiya qoşunlarının qalıqlarından təmizlənəcək”.

Son xəbərlər

Orphus sistemi