Ukrayna Rusiya ərazisindəki neft bazasını vurub, yanğın davam edir - YENİLƏNİB

Ukrayna Rusiya ərazisindəki neft bazasını vurub, yanğın davam edir - YENİLƏNİB Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisindəki neft bazasını vurub.
Region
19 Yanvar , 2024 14:59
Ukrayna Rusiya ərazisindəki neft bazasını vurub, yanğın davam edir - YENİLƏNİB

Rusiyanın Bryansk vilayətinin Klintsı şəhərində yanan neft anbarının yaxınlığındakı özəl müəssisələrdəki şəxslər təxliyə olunub.

“Report” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz teleqramda yazıb.

O bildirib ki, həmin insanlar üçün müvəqqəti yaşayış məntəqəsi hazırlanıb.

Məlumata görə, 140 nəfərlik heyət yanğının söndürülməsi istiqamətində işləri davam etdirir.

10:48

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisindəki neft bazasını vurub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən qatar gəlib.

Regionun qubernatoru Aleksandr Boqomaz məlumatı təsdiqləyib. Onun sözlərinə görə, PUA-lar zərərsizləşdirildikdən sonra onun sursatları neft bazasının üzərinə düşüb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi əraziyə PUA hücumu barədə məlumat yaymış və texnikaların vurulduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi