Ukrayna Rusiya ərazisindəki neft bazasını vurub, yanğın davam edir - YENİLƏNİB
- 19 yanvar, 2024
- 10:59
Rusiyanın Bryansk vilayətinin Klintsı şəhərində yanan neft anbarının yaxınlığındakı özəl müəssisələrdəki şəxslər təxliyə olunub.
“Report” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz teleqramda yazıb.
O bildirib ki, həmin insanlar üçün müvəqqəti yaşayış məntəqəsi hazırlanıb.
Məlumata görə, 140 nəfərlik heyət yanğının söndürülməsi istiqamətində işləri davam etdirir.
10:48
Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisindəki neft bazasını vurub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən qatar gəlib.
Regionun qubernatoru Aleksandr Boqomaz məlumatı təsdiqləyib. Onun sözlərinə görə, PUA-lar zərərsizləşdirildikdən sonra onun sursatları neft bazasının üzərinə düşüb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi əraziyə PUA hücumu barədə məlumat yaymış və texnikaların vurulduğunu bildirmişdi.