Ukrayna Prezident Ofisi: “Rusiyanın sülhə yox, müvəqqəti fasiləyə ehtiyacı var”

Ukrayna Prezident Ofisi: “Rusiyanın sülhə yox, müvəqqəti fasiləyə ehtiyacı var” “Rusiyanın sülhə yox, müvəqqəti fasiləyə ehtiyacı var”.
Region
2 Sentyabr , 2023 15:22
Ukrayna Prezident Ofisi: “Rusiyanın sülhə yox, müvəqqəti fasiləyə ehtiyacı var”
Mixail Podolyak

“Rusiyanın sülhə yox, müvəqqəti fasiləyə ehtiyacı var”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, Rusiyaya işğal olunmuş ərazilərdə möhkəmlənmək, ordunu yenidən qruplaşdırmaq, səfərbərlik həyata keçirmək, Avropada bir neçə qorxulu təxribat həyata keçirmək üçün saxta danışıqlar lazımdır.

M. Podolyakın sözlərinə görə, bu, münaqişə yox, aqressorun uduzmalı olduğu genişmiqyaslı müharibədir: “Tam sülh üçün yeganə təminat Ukraynaya daha çox silah tədarüküdür”.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov daha əvvəl müharibənin 10 ildən sonra yenidən bərpa olunacağı barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Rəsmi Kiyevin mövqeyinə görə, müharibə yalnız Ukrayna torpaqlarının tam azad olunmasından sonra başa çata bilər.

Son xəbərlər

Orphus sistemi