Ukrayna Krımda neft terminalına zərbə endirdiyini təsdiqləyib
Region
- 15 oktyabr, 2025
- 11:52
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğal olunan Krımda neft terminalına zərbəni təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Oktyabrın 13-nə keçən gecə müvəqqəti olaraq işğal edilmiş Feodosiyada "Dəniz neft terminalı" müəssisəsinə təkrar zərbə endirildiyi təsdiqlənib", - mətbuat xidməti bildirib.
Həmçinin Baş Qərargahdan bildirilib ki, neft terminalına zərbə nəticəsində 16 çən zədələnib. Müəssisənin ərazisində böyük yanğın baş verib.
Bundan əlavə, daha bir neçə hədəf Xerson vilayətinin işğal olunmuş ərazisində dronların idarəetmə məntəqəsi və Donetsk vilayətinin Makeyevka rayonunda sursat anbarı vurulub.
Son xəbərlər
06:14
ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir
Digər ölkələr05:45
Britaniya İranla bağlı Kiprə əlavə qırıcılar göndərib
Digər ölkələr05:16
Rusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib
Digər ölkələr04:42
Trampın fərmanlarına qarşı məhkəmə qadağası ləğv olunub
Digər ölkələr04:17
Video
Qərbi Azərbaycan Xronikası: "Biz Göyçəyə qayıdacaq, gözəl dağlarımızı, bulaqlarımızı görəcəyik"
Daxili siyasət03:45
ABŞ Prezidenti Hindistana xəbərdarlıq edib
Digər ölkələr03:13
ABŞ dövlət katibi: Rusiya illərdir ki, nüvə silahına dair müqaviləni pozur
Digər ölkələr02:41
"Reuters": ABŞ və Kiyev Ukraynada seçkilər və referendum keçirilməsini müzakirə edirlər
Digər ölkələr02:15