Ukrayna Çernobıl zonasının UNESCO-nun irs siyahısına əlavə olunmasını təklif edir

Ukrayna Çernobıl zonasının UNESCO-nun irs siyahısına əlavə olunmasını təklif edir Çernobıl AES-dəki partlayış yüzminlərlə insan üçün həlledici hadisə olub
Region
26 Aprel , 2021 19:55
Ukrayna Çernobıl zonasının UNESCO-nun irs siyahısına əlavə olunmasını təklif edir

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi (MİSN) BMT-yə Çernobılın təcrid zonasının UNESCO-nun Dünya İrsi Siyahısına əlavə olunmasını təklif edib.

“Report” xəbər verir ki, bu barədə Nazirliyin rəhbəri Aleksander Tkaçenko bildirib.

“MİSN birlikdə zonanın qorunması və gələcək nəsillərin hər şeyi yalnız tarix kitabları və sənədli filmlərdən öyrənmələrini yox, həm də öz gözləri ilə görmələrini təmin etmək məqsədilə onun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinə doğru irəliləyirik”, - A.Tkaçenko deyib.

Onun sözlərinə görə, Çernobıl AES-dəki partlayış yüzminlərlə insan üçün həlledici hadisə olub.

“Hər il yüzminlərlə insan ruhlar məkanına və təcrid bölgəsinə baxmaq üçün Ukraynaya – bir vaxtlar həyatla nəfəs alan, indi isə kimsəsiz qalan yerlərə gəlir”, - Tkaçenko izah edib.

Son xəbərlər

Orphus sistemi