Ukrayna Baş Qərargahı: “Rusiya qüvvələri Donbasdakı 4 yaşayış məntəqəsindən çıxardılıb”

Ukrayna Baş Qərargahı: “Rusiya qüvvələri Donbasdakı 4 yaşayış məntəqəsindən çıxardılıb” Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrini Luqansk vilayətinin Karmazinovka, Myasojarovka və Nevskoye və Donetsk vilayətinin Novosadovo yaşayış məntəqələrindən sıxışdıraraq çıxarıb.
Region
24 Oktyabr , 2022 21:14
Ukrayna Baş Qərargahı: “Rusiya qüvvələri Donbasdakı 4 yaşayış məntəqəsindən çıxardılıb”

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Luqansk vilayətinin Karmazinovka, Myasojarovka və Nevskoye və Donetsk vilayətinin Novosadovo yaşayış məntəqələrindən sıxışdıraraq çıxarıb.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən müvəqqəti işğal etdiyi əraziləri saxlamağa, taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, müəyyən istiqamətlərdə müdafiə qüvvələrinin hərəkətlərinin qarşısını almağa səylərini cəmləşdirir, eyni zamanda Baxmut və Avdeyevski istiqamətlərində hücum əməliyyatları aparır”, - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Spirnoye, Soledar, Baxmut, Andreyevka, Maryinka və Pervomayskoye yaşayış məntəqələri ərazilərində hücumları dəf edib.

“Ukraynanın raket qoşunları və artilleriya qüvvələri son sutkada dörd komanda məntəqəsini, canlı qüvvənin, silah və hərbi texnikanın cəmləşdiyi on ərazini, altı sursat anbarını, zenit-raket kompleksini, artilleriya atəşi mövqelərinin ərazisini və düşmənin digər üç mühüm hədəfini vurub”, - Baş Qərargahdan bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsini işğaldan azad etdiyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi