Türkiyənin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlarda 260-dan çox terrorçu məhv edilib

Türkiyənin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlarda 260-dan çox terrorçu məhv edilib HDP həmsədri Səlahaddin Dəmirtaşın qardaşı da daxil olmaqla, 380-400 terrorçu yaralanıb
Region
1 Avqust , 2015 10:55
Türkiyənin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlarda 260-dan çox terrorçu məhv edilib

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələri PKK mövqelərinə aviazərbələr endirməkdə davam edir. "Report" "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, iyulun 31-də daha iki hərbi əməliyyat keçirilib. Ötən gün günorta saatlarında başlayan və gecə yarısı sona çatan əməliyyatlara "Şəhid çavuş Həmzə İldırım" və "Şəhid leytenant İbrahim Tanrıverdi" adları verilib. İlk əməliyyatda 28 F-16 qırıcı təyyarəsi iştirak edib və 65-dən çox hədəf məhv edilib. Vurulan hədəflər arasında sığınacaqlar, silah-sursat anbarları və mağaralar olub. Növbəti əməliyyatda 80 qırıcı təyyarə iştirak edib, ölkə daxilində və xaricində PKK terror təşkilatına aid yüzdən çox hədəfə aviazərbələr endirilib. Əməliyyatda terror təşkilatına məxsus 35 sığınacaq, 15 mağara, 2 silah-sursat anbarı və s. məhv edilib. 

Ümimilikdə, Türkiyə Hərbi Hava Qüvvələrinin indiyədək həyata keçirdiyi əməliyyatlarda 260-dan çox terrorçunun zərərsizləşdirildiyi, aralarında Xalqların Demokratrik Partiyasının (HDP) həmsədri Səlahaddin Dəmirtaşın qardaşı Nurəddin Dəmirtaşın da olduğu 380-400 terrorçunun yaralandığı müəyyən edilib. PKK terror təşkilatına qarşı əməliyyatların isə davam etdiriləcəyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi