Türkiyənin pilotsuz döyüş təyyarəsi - FOTO - YENİLƏNİB

Türkiyənin pilotsuz döyüş təyyarəsi - FOTO - YENİLƏNİB "Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq"
Region
20 İyul , 2021 13:09
Türkiyənin pilotsuz döyüş təyyarəsi - FOTO - YENİLƏNİB
0 : 00
0 : 00

Türkiyənin aerokosmik sənaye qurumu olan "Baykar"ın rəhbəri Selçuk Bayraktar istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib.

"Report"un xəbərinə görə, o bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq.

"Bundan sonrakı layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik" - o əlavə edib.

12:34

"Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq".

"Report" xəbər verir ki, bu barədə Türkiyənin aerokosmik sənaye qurumu olan "Baykar"ın rəsmi feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır.

Son xəbərlər

Orphus sistemi