Türkiyənin ilk astronavtının Yerə enməsi 3-cü dəfə təxirə salınıb
- 06 fevral, 2024
- 06:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin ilk astronavtı Alper Gezervacının Yerə enməsi yenidən təxirə salınıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə məlumatı “SpaceX” özünün “X” hesabında paylaşıb.
Məlumata görə, ABŞ-nin Florida ştatı sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən “Dragon”un fevralın 6-da Kosmik Stansiyadan ayrılmasını dayandırılıb. Kosmik gəmi və “Ax-3” heyəti sağlamdır.
Xatırladaq ki, fevralın 3-də “SpaceX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı. Ondan bir gün sonra bildirildi ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.
Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyaya göndərilib.