Türkiyənin cənub-şərqində 13 gündə 22 terrorçu məhv edilib

Region
  • 26 noyabr, 2015
  • 19:09
Türkiyənin cənub-şərqində 13 gündə 22 terrorçu məhv edilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda son 13 gün ərzində terrorçu PKK təşkilatının 22 üzvü öldürülüb.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu dövr ərzində 5 dinc sakin həlak olub, 18 nəfər yaralanıb, 4 nəfər həbs olunub.

27 minanın aşkarlanaraq məhv edildiyi qeyd olunur.

44 - Tezliklə