Türkiyənin 18 kruiz limanı cari dövrdə 1,5 milyon sərnişin qəbul edib
Region
- 09 oktyabr, 2025
- 17:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin avqust ayının sonunadək Türkiyənin 18 kruiz limanı ümumilikdə 1,5 milyon sərnişin qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Turizmin İnkişaf etdirilməsi Agentliyi məlumat yayıb.
Belə ki, bu göstərici son 12 ilin ən yüksək nəticəsidir.
2025-ci ilin ilk səkkiz ayının yekunlarına görə, kruiz gəmilərinin sayı ötən illə müqayisədə 17 faiz artaraq 878-ə (2024-cü ildə 753) çatıb. Sərnişin sayı 2023-cü illə müqayisədə 56 faiz, 2024-cü illə müqayisədə isə 18 faiz artım nümayiş etdirib.
Yalnız avqust ayında 357 min 646 sərnişin qəbul olunub ki, bu da bütün dövrlərin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb.
Son xəbərlər
04:05
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
İKT
03:47
Özbəkistanda Cizzax AES-in tikintisinə bu il başlanacaq
Region
03:15
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib
Digər ölkələr
02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
02:14
Norveçdə pensiya yaşı artırıla bilər
Digər ölkələr
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya