Türkiyəli hərbçi: “Qarabağda terrora başlayan Ermənistan artıq ağ bayraq qaldırmalıdır”

Türkiyəli hərbçi: “Qarabağda terrora başlayan Ermənistan artıq ağ bayraq qaldırmalıdır” “Qarabağda terror əməliyyatı başladan Ermənistan silahlı qüvvələri artıq ağ bayrağı qaldırmalıdır. Bu qanunsuz rejim məğlub olmayanadək Azərbaycan ordusunun onları tərkisilah etməsi qanuni haqqıdır”
Region
20 Sentyabr , 2023 12:54
Türkiyəli hərbçi: “Qarabağda terrora başlayan Ermənistan artıq ağ bayraq qaldırmalıdır”

“Qarabağda terror əməliyyatı başladan Ermənistan silahlı qüvvələri artıq ağ bayrağı qaldırmalıdır. Bu qanunsuz rejim məğlub olmayanadək Azərbaycan Ordusunun onları tərkisilah etməsi qanuni haqqıdır”.

“Report”un Ankara bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin “HaberGlobal” televiziyasında çıxış edən ehtiyatda olan polkovnik Ünal Atabay bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın dövlət katibi Antoni Blinkenin telefon danışığını xatırladan Ü.Atabay deyib ki, Azərbaycan liderinin səsləndirdiyi faktlar, arqumentlər Azərbaycanın antiterror əməliyyatını başlatmasında nə qədər haqlı olduğunu bir daha sübut edir:

“Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi bölgəsində törədilən davamlı təxribat əməliyyatlarının qarşılığında rəsmi Bakı sadəcə legitim hərbi hədəfləri zərərsizləşdirir və mülki obyektlərə toxunmur. Bu, Azərbaycanın yüksək mübarizə etikasının da nümunəsidir. Doğruya zaval yoxdur. Qəhrəman Azərbaycan ordusunun haqlı mübarizəsinə uğurlar diləyirəm, ümid edirəm ki, bölgədə daimi sülh bərqərar olacaq”.

Son xəbərlər

Orphus sistemi