"ABŞ Cənubi Qafqaz və Orta Şərqdəki mövqelərini itirir. Türkiyə isə bu boşluğu doldurur. Türkiyə Azərbaycanla birlikdə güclənir".
"Report" xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Hüsaməddin İnanç dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.
Onun fikrincə, Vaşinqton əvvəlki kimi dünyadakı proseslərə təsir göstərə bilmir: "ABŞ dünyadakı hegemonluğunu itirir".
Ekspertin sözlərinə görə, türk dünyası birlikdə hərəkət etsə, daha çox nəticə əldə bilər: "Bu gün proses Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə doğru gedir. Əlbəttə, bu məsələ də Ankara-Bakı həmrəyliyi mühüm rol oynayır. Amma Vaşinqton və Paris məsələyə əngəl yaradır. Onlar regionda sülh istəmirlər. Qərbin regiona gəlməsinin qarşısını almaq lazımdır. Çünki ABŞ və Fransa region üçün təhdiddir".