Türkiyədə fabrikdə partlayış olub, 13 nəfər yaralanıb

Region
  • 08 noyabr, 2023
  • 14:53
Türkiyədə fabrikdə partlayış olub, 13 nəfər yaralanıb

Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda dəmir-polad fabrikində baş verən partlayışda 13 işçi yaralanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, yaralılardan 2-sinin durumu ağırdır.

Qeyd olunub ki, zərərçəkmişlərdən 9-u İskenderun Dövlət Xəstəxanasına, 4-ü Dördyol Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə