Türkiyədə daş kömür mədəni çöküb, yaralıların sayı 6-ya çatıb - YENİLƏNİB

Türkiyədə daş kömür mədəni çöküb, yaralıların sayı 6-ya çatıb - YENİLƏNİB Türkiyənin Zonquldak daş kömür mədəninin çökməsi nəticəsində bir nəfər ağır yaralanıb, 2 nəfərin səsi eşidilmir.
Region
13 sentyabr 2023 13:50
Türkiyədə daş kömür mədəni çöküb, yaralıların sayı 6-ya çatıb - YENİLƏNİB

Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində yaralanların sayı 6-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

O, yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib.

Məlumata görə, ərazidə axtarış-xilasetmə tədbirləri başa çatıb.

17:20

Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman mədəndə 280 nəfər olub: “Çökmə 4 nəfərin işlədiyi hissədə baş verib. Bundan başqa heç bir risk yoxdur. Partlayış yoxdur, çökmədir”.

Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib.

Armutçuk müəssisəsinə məxsus mədənin çökməsinin səbəbi hələ ki məlum deyil.

Orphus sistemi