Türkiyənin Xarici İşlər Nazirliyi ölkənin “CNN Türk” telekanalının müxbiri Yunus Paksoyun ABŞ-də FETÖ-çülər tərəfindən hücuma uğramasını pisləyib.
“Report” xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsi
“CNN Türk” TV kanalının ABŞ-dəki nümayəndəsi Yunus Paksoyun Fəthullahçı Terror Təşkilatı (FETÖ) haqqında çəkiliş etdiyi vaxtda hücuma uğramasını pisləyirik. Bu hücumu həyata keçirən və buna qızışdıran şəxslərin ədalət qarşısında cavab verməsi üçün ABŞ səlahiyyətliləri tərəfindən lazımi təşəbbüslər görülür”, – sənəddə qeyd olunub.
Qeyd edək ki, iyunun 1-də Yunus Paksoy canlı yayım zamanı hücuma məruz qalıb. Jurnalist Ankaranın terrorçu təşkilatı hesab etdiyi və 2016-cı ildə dövlət çevrilişi cəhdində təqsirli bildiyi FETÖ-nün üzvlərinin yaşadığı güman edilən malikanənin yaxınlığında reportaj edirdi.