Türkiyə XİN başçısı: "Ermənistan öhdəliklərini icra etsə, bölgədə vacib aktorlardan biri olacaq"

Türkiyə XİN başçısı: "Ermənistan öhdəliklərini icra etsə, bölgədə vacib aktorlardan biri olacaq" "Azərbaycanla imzaladığı razılaşmalara əsasən, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etsə, bölgədə vacib aktorlardan biri olacaq".
Region
22 Oktyabr , 2022 19:50
Türkiyə XİN başçısı: Ermənistan öhdəliklərini icra etsə, bölgədə vacib aktorlardan biri olacaq

"Azərbaycanla imzaladığı razılaşmalara əsasən, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etsə, bölgədə vacib aktorlardan biri olacaq".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Xəzər dənizi bölgəsindən keçən Şərq-Qərb nəqliyyat dəhlizini reallaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasına böyük sərmayələr qoyulub:

"Bu layihədə Mərkəzi Asiya ölkələri, Türkiyə, Azərbaycan və Gürcüstan iştirak edir. Ermənistan Azərbaycanla imzaladıqları razılaşamaları həyata keçirərsə, bu layihəyə qatıla bilər".

"Uzun illərdir Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla özünü təcrid edib. Qarabağ işğaldan azad edildikdən sonra sülh fürsəsti ortaya çıxdı. Ermənistanda bunu dəyərləndirməlidir", - Çavuşoğlu qeyd edib.

Son xəbərlər

Orphus sistemi