Bakı. 14 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya prezindenti Sauli Niinistyö oktyabrın 14-də Ankarada dəmiryolu vağzalında törədilən terror hadisəsi baş verən yeri ziyarət ediblər.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Finlandiya prezidenti Sauli Niinistyö ötən gün Türkiyəyə səfər edib. O, türkiyəli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi insanlığa qarşı edilən bu terror hücumunu pisləyir: "Terrora, radikalizmə qarşı mübarizədə Türkiyənin yanındayıq və birlikdə fəaliyyət göstəririk".
Qeyd edək ki, oktyabrın 10-da Ankaranın dəmiryolu stansiyasının yaxınlığında terror aktı törədilib. İki terrorçu kamikadzenin özlərini partlatması nəticəsində 97 nəfər ölüb, 500 nəfərədək insan yaralanıb.