Türkiyənin səhiyyə naziri Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib

Türkiyənin səhiyyə naziri Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib Koronavirusun "omikron" ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır.
Region
5 fevral 2022 15:00
Türkiyənin səhiyyə naziri Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib
Fahrettin Koca

Koronavirusun "omikron" ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır.

"Report" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb.

Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur.

Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun "omikron" ştamına yoluxublar.

Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.

Orphus sistemi