Türkiyə Gənclər Vəqfinin nümayəndələri Şuşaya səfər edəcək

Türkiyə Gənclər Vəqfinin nümayəndələri Şuşaya səfər edəcək Türkiyə Gənclər Vəqfinin nümayəndələri Azərbaycana gələcək.
Region
29 Aprel , 2022 07:26
Türkiyə Gənclər Vəqfinin nümayəndələri Şuşaya səfər edəcək

Türkiyə Gənclər Vəqfinin nümayəndələri Şuşaya səfər edəcək.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə Gənclər Vəqfinin (TÜGVA) rəhbəri Enes Eminoğlu bildirib.

"Biz təxminən 3 ildir Türkiyə Gənclər Vəqfi (TÜGVA) olaraq Azərbaycan Gənclər Fondu ilə birlikdə çoxlu sayda faydalı layihələrə imza atmışıq. Bu il də, bəzi planlarımız var. Belə ki, Şuşa şəhərinə gənclərin növbəti ekskursiyasını təşkil etmək, geniş tərkibli heyətlə Bakıya getmək niyyətimiz var", - E.Eminoğlu deyib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan gəncləri arasında belə ziyarətlər və birgə fikir mübadilələrinin aparılması bundan sonra da davam edəcək: "Bir millət, iki dövlət" şüarı ilə birgə fəaliyyətimizi davam etdirəcəyik. Hər zaman vurğuladığımız kimi, ortaq dil, ortaq mədəniyyət və tarixi bağlılığımız bizdən gənclər sahəsində də əməkdaşlığımızı və həmrəyliyimizi gücləndirməyimizi tələb edir".

Son xəbərlər

Orphus sistemi