Türkiyə Avropanı Quranın yandırılması hadisələrinə cavab verməyə çağırıb

Türkiyə Avropanı Quranın yandırılması hadisələrinə cavab verməyə çağırıb Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa ölkələrinin administrasiyalarını Quranın yandırılması ilə bağlı hərəkətlərə cavab verməyə çağırıb.
Region
28 Yanvar , 2023 06:02
Türkiyə Avropanı Quranın yandırılması hadisələrinə cavab verməyə çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa ölkələrinin administrasiyalarını Quranın yandırılması ilə bağlı hərəkətlərə cavab verməyə çağırıb.

“Report” xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda Danimarkada Quranın yandırılması pislənilir.

“İsveçin ardınca bu gün Kopenhagendə islamofob tərəfindən Qurana qarşı bu hərəkəti ən kəskin şəkildə qınayırıq”, - bəyanatda deyilir.

Bildirilir ki, İsveç və Niderlanddan sonra Danimarkada baş verən bu mənfur əməl Avropada dini dözümsüzlük və nifrətin nə dərəcədə təhlükəli həddə çatdığını göstərir.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı Danimarkanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyə XİN-də danimarkalı diplomata bunun qəbuledilməz olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi