Tbilisidə GUAM ölkələri spikerlərinin konfransı keçiriləcək

Tbilisidə GUAM ölkələri spikerlərinin konfransı keçiriləcək 2021-ci ildə GUAM PA-ya Gürcüstan sədrlik edir
Region
121
29 Aprel , 2021 17:45
Tbilisidə GUAM ölkələri spikerlərinin konfransı keçiriləcək

Bu il Gürcüstanın paytaxtı Tbilisidə GUAM təşkilatına üzv ölkələrin parlament sədrlərinin konfransı keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın GUAM Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin sədri Giorgi Xelaşvili məlumat verib.

Onun sözlərinə görə, toplantıya Baltikyanı və şimali Skandinaviya, Vişeqard Qrupuna üzv və Benilüks ölkələrindən də spikerlərin dəvət olunması nəzərdə tutulub: “Biz yalnız GUAM PA çərçivəsində deyil, regional formatda da parlamentlərlərarası əlaqələri fəallaşdırmaq istəyirik. Tbilisidəki konfransla Gürcüstan Şərqi Avropa və Qafqazda siyasi müzakirələr üçün ümumi diskussiya məkanına çevriləcək”.

Qeyd edək ki, 2021-ci ildə GUAM PA-ya Gürcüstan sədrlik edir.

Son xəbərlər

Orphus sistemi