Tacikistanın xüsusi təyinatlı "Alfa" qrupunun komandiri həlak olub

Region
  • 16 sentyabr, 2015
  • 05:59
Tacikistanın xüsusi təyinatlı Alfa qrupunun komandiri həlak olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Tacikistan müdafiə nazirinin keçmiş müavini general Abduxalim Nazarzodanın silahlılarına qarşı döyüşdə ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı "Alfa" qrupunun komandiri həlak olub.

"Report" xəbər verir ki, bu haqda Tacikistan KİV-i məlumat yayıb.

Xəbərə görə, "Alfa"nın komandiri Rüstəm Amakiyev gecə saatlarında Ramit dərəsində generalın dəstəsi ilə döyüşdə həyatını itirib. Məlumatda bildirilib ki, həmin döyüşdə "Alfa"nın bir döyüşçüsü, Xüsusi Təyinatlı Polis Dəstəsinin 2 əməkdaşı da həlak olub, güc strukturlarının bir neçə hərbçisi yaralanıb.

Xatırladaq ki, sentyabrın 4-də Düşənbə və Vəhdət şəhərlərinə silahlıların basqını nəticəsində Daxili İşlər Nazirliyinin 9 əməkdaşı öldürülüb.