“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviterdəki səhifəsində yazıb.
O, qeyd edib ki, Çukurcadan Hakkariyə keçən 2 terrorçu pilotsuz uçuş aparatı və quru əməliyyatı ilə öldürülüblər.
Nazir PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılana xitabən “siçan kimi gizlənməsin, onun da növbəsi çatır”, - deyə sosial şəbəkədə yazıb.
Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetiriblər.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb. Mustafa Karayılan PKK rəhbərlərindəndir.
Hakkari Yüksekova’ya yeni geldik, takip ettiğimiz haber de geldi: Çukurca sınırından sızan 2 terörist; J-SİHA, yakın hava desteği ve ayrıca kara operasyonuyla ölü ele geçirildi.
Laftan anlamıyorlar
Gözü alıyorsa Karayılan gelsin, fare gibi saklanmasın. Onun da sırası geliyor.