“Keçmiş prezidentlərdən heç biri Ermənistanın rəhbəri olmamalıdır”.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.
O bildirib ki, əhalinin böyük əksəriyyəti hazırkı hökumət başçısı Nikol Paşinyana qarşıdır: “Qarabağdakı hadisələr bardağı daşıran son damla oldu. Xalqı birləşdirmək lazımdır. Ölkə rəhbərliyi xarici agentlərin əlindədir”.
V.Manukyanın fikrincə, hakimiyyət dəyişikliyindən sonra nələrin gözlənildiyi barədə xalqı məlumatlandıran qurum yaradılmalıdır.
Qeyd edək ki, bir neçə gündür Ermənistanda hakimiyyət əleyhinə aksiya keçirilir, etirazçılar hökumətin istefasını tələb edirlər.