Rusiyanın Oryol vilayətində yerləşən Stalnoy Kon qəsəbəsindəki neft anbarına növbəti dəfə dron hücumu olub.
“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Klıçkov
“Hazırda Oryol vilayəti yenidən düşmən PUA-larının kütləvi hücumuna məruz qalır və bunun nəticəsində Oryol bələdiyyə dairəsinin Stalnoy Kon qəsəbəsində yanacaq infrastrukturu obyektində yenidən yanğın baş verib”, – o qeyd edib.
Qubernator itkilər barədə məlumat olmadığını, yanğının nəticələrinin aradan qaldırılması üçün tədbirlər görüldüyünü vurğulayıb.
Xatırladaq ki, sözügedən neft anbarına öncəki hücum dekabrın 14-də olmuşdu. “Neft Kapital” onlayn nəşri həmin hadisəni şərh edərkən “Stalnoy Kon” neft anbarını sadəcə neft və neft məhsullarının saxlanma yeri deyil, “Drujba” magistral neft kəmərinin işini təmin edən bir obyekt olduğunu
Ümumiyyətlə, “Stalnoy Kon”a pilotsuz uçuş aparatları ilə ilk zərbə 2022-ci ilin noyabrında endirilmişdi.