Rusiyalı politoloq Ermənistana mövcud olmaq üçün iki variant təklif edib

Rusiyalı politoloq Ermənistana mövcud olmaq üçün iki variant təklif edib “Böyük Ermənistan”, “dənizdən dənizə”, Los-Ancelesdən Beyrutadək Ermənistan olmayacaq”.
Region
14 Yanvar , 2021 17:59
Rusiyalı politoloq Ermənistana mövcud olmaq üçün iki variant təklif edib
Dmitri Yevstafyev

“Böyük Ermənistan”, “dənizdən dənizə”, Los-Ancelesdən Beyrutadək Ermənistan olmayacaq”.

“Report” xəbər verir ki, bunu Rusiyanın milli təhlükəsizlik məsələləri üzrə hərbi-siyasi mütəxəssisi, amerikaşünas-politoloq Dmitri Yevstafyev feysbuk səhifəsində yazıb.

“Paşinyan yalnız simptomdur. Bu simptom millətin daxilindən yanıb qurtarıb. O, böyük ola bilmir və böyüklüyün yükünü çəkmək istəmir”, - o qeyd edib.

D.Yevstafyev bildirib ki, Ermənistanın və bu ölkənin xalqının gələcəkdə mövcud olması üçün yaxın 20 il üçün iki yolu var: “Hər iki yolun bəyənilməyəcəyindən qorxuram. Birinci variant “Böyük Rusiya”nın Kalininqrad kimi etnoqrafik əyaləti olan kiçik Ermənistan. İkinci variant isə çox kiçik Ermənistanı Osmanlı imperiyasının Bakı vilayətinin tərkibində etnoqrafik mühafazdır".

Politoloq Rusiyanın indiki şərtlərini Ermənistan və erməni xalqı üçün ən uğurlu şərait sayıb: “Təkcə Paşinyan deyil, erməni xalqı bu seçimin əhəmiyyətini başa düşməsə, Rusiya və ictimaiyyəti, o cümlədən dəhşətli dərəcədə xəstə olan Rusiyadakı erməni icması heç nə edə bilməyəcək. Yeni dünya cox qəddardır. O, xəyalları silib süpürür. Belə dünyada yaşamağı öyrənmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi