Rusiyada son sutkada 417 nəfər koronavirusdan ölüb

Region
  • 23 fevral, 2021
  • 08:05
Rusiyada son sutkada 417 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 11 823 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 189 153 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 417 nəfər artaraq 84 047-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 739 344 nəfər sağalıb.