Rusiyada şagird məktəbdə atəş açıb, 2 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB
- 07 dekabr, 2023
- 07:43
Rusiyanın Bryansk şəhərində məktəbdə səkkizinci sinif şagirdi atəş açıb, 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səkkizinci sinif şagirdi atasına məxsus silahla özünə qəsd edib. Yaralanan şagirdlərdən biri də ölüb.
11:29
Rusiyanın Bryansk şəhərində məktəbdə səkkizinci sinif şagirdi atəş açıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səkkizinci sinif şagirdi atasına məxsus silahla məktəbə gəlib. Daha sonra isə özünə qəsd edib.
11:15
Rusiyanın Bryansk şəhərində məktəbdə səkkizinci sinif şagirdi atəş açıb.
“Report” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Hadisə 5 saylı gimnaziyada baş verib.
“Səkkizinci sinif şagirdi odlu silahla məktəbə daxil olub və ondan bir neçə dəfə atəş açıb”, - agentliyin mənbəsi bildirib.
Hadisə yerində polis əməkdaşları və təcili yardım xidmətləri işləyir. Hadisənin səbəbləri dəqiqləşdirilir.