Rusiya yanvarın 1-dən Ukraynaya qarşı sanksiyalar tətbiq edəcək

Rusiya yanvarın 1-dən Ukraynaya qarşı sanksiyalar tətbiq edəcək Sanksiyalara gömrük rüsumları və ərzaq embarqosu daxildir
Region
21 Dekabr , 2015 18:00
Rusiya yanvarın 1-dən Ukraynaya qarşı sanksiyalar tətbiq edəcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya 2016-cı il yanvarın 1-dən Ukraynaya qarşı sanksiyalar tətbiq edəcək. Sanksiyalara gömrük rüsumları və ərzaq embarqosu daxildir. Bu, Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələrin şimal qonşumuza tətbiq etdiyi sanksiyalarla demək olar eynidir.

"Report" xəbər verir ki, müvafiq qərarı Rusiyanın baş naziri Dmitri Medvedev imzalayıb.

"Ukrayna gələn ilin əvvəlindən Avropa İttifaqı ilə assosiativ sazişin iqtisadi hissəsinin həyata keçirilməsini davam edəcəyini bəyan edib. Belə olan halda biz bazarımızı və istehsalçılarımızı qorumalıyıq. Bu isə o deməkdir ki, 2016-cı il yanvarın 1-dən Ukraynaya qarşı Avrasiya İqtisadi Birliyininin vahid gömrük tarifi üzrə nəzərdə tutulmuş idxal rüsumları tətbiq ediləcək", - Medvedev bildirib.

Bundan başqa, 2016-cı il yanvarın 1-dən etibarən Ukraynaya münasibətdə Rusiyaya qarşı Aİ və ABŞ-ın sanksiyalarına qoşulduğuna görə adekvat iqtisadi tədbirlər tətbiq olunacaq.

Məhsulların siyahısına ət və süd məhsulları, balıq, tərəvəz, meyvə və qoz-fındıq daxildir.

Son xəbərlər

Orphus sistemi