Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər

Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib.
Region
25 Sentyabr , 2023 00:45
Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.

“Həmsöhbətlər 2022-ci il iyulun 22-də Ukrayna ərzaq məhsullarının ixracı ilə bağlı Qara dəniz təşəbbüsünün dayandırılmasından sonra bağlanmış İstanbul sazişləri ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər. Bundan əlavə, Qarabağ nizamlanması prosesində baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yetirilib”, - məlumatda qeyd olunub.

Hər iki tərəf “qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını” qeyd edib.

Son xəbərlər

Orphus sistemi