Avropa Komissiyasında Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması müzakirə olunacaq

İnfrastruktur
  • 02 noyabr, 2026
  • 15:00
Avropa Komissiyasında Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması müzakirə olunacaq

Avropa Komissiyası avrokomissarlar Marta Kos və Yozef Sikelanın sədrliyi ilə Transxəzər nəqliyyat dəhlizinin (TBNM və ya Orta Dəhliz) rəqabət qabiliyyətinin artırılması məsələlərinə dair dialoq keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Noyabrın 17-nə planlaşdırılan tədbirdə özəl sektor, beynəlxalq maliyyə institutları və Avropa Komissiyasının nümayəndələri iştirak edəcəklər.

Dialoq zamanı tərəflər Transxəzər nəqliyyat dəhlizi boyunca strateji investisiyaların dəstəklənməsi mexanizmlərinin təkmilləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparacaqlar.

44 filmi