Belçika kralı baş nazirin istefa müraciətindən sonra məsləhətləşmələr keçirəcək

Digər ölkələr
  • 02 noyabr, 2026
  • 15:00
Belçika kralı baş nazirin istefa müraciətindən sonra məsləhətləşmələr keçirəcək

Belçikanın Baş naziri Bart de Vever büdcə ilə bağlı danışıqların nəticəsiz qalması fonunda kral Filipdən onun istefasını qəbul etməsini xahiş edib.

"Report" Kral sarayının "X" sosial şəbəkəsindəki rəsmi hesabına istinadən xəbər verir ki, kral hələlik qərar qəbul etməyib və noyabrın 3-dən hakim koalisiyaya daxil olan partiya liderləri ilə məsləhətləşmələr aparacaq.

Kral sarayı razılığın əldə olunmamasından təəssüf hissi keçirdiyini bildirib. Qeyd olunub ki, geosiyasi qeyri-müəyyənlik və iqtisadi çətinliklər fonunda Belçika uzunmüddətli siyasi böhrana yol verə bilməz.

Ötən gün hökumət 2029-cu ilə qədər 10 milyard avro həcmində büdcə tədbirlərini razılaşdıra bilməyib.

Baş nazirlə planlaşdırılmamış görüş üçün Filip noyabrın 11-dək davam etməli olan məzuniyyətini yarımçıq qoyub.