Rusiya və Hindistan "Su-30"lar üçün komplektləşdirici hissələrin tədarükünü müzakirə edir

Region
  • 05 dekabr, 2025
  • 11:36
Rusiya və Hindistan Su-30lar üçün komplektləşdirici hissələrin tədarükünü müzakirə edir

Moskva və Nyu-Delhi Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) istismar etdiyi Su-30 qırıcıları üçün komplektləşdirici hissələrin tədarükü məsələsini müzakirə edir.

"Report"un Rusiya KİV-lərinə istinadən xəbər verdiyi kimi, bu barədə bu ölkənin baş nazirinin birinci müavini Denis Manturov məlumat verib.

"Hazırda Hindistan HHQ tərəfindən artıq növbəti modernizasiya mərhələsi tələb edən Su-30 təyyarəsi istismar edilir. Biz həqiqətən bu hissədə dialoq aparırıq", - deyə o bildirib.

Qeyd edib ki, Rusiya tərəfi Hindistanın bu məsələdə nə dərəcədə maraqlı olduğunu öyrənəcək, çünki RF tərəfdən onları tədarük etməyə hazırlıq var.

Bundan əlavə, Moskva Hindistandan sənaye üçün komplektləşdirici hissələrin tədarükündə də maraqlıdır, çünki Hindistanda yüksək texnoloji istehsal inkişaf edib.

Son xəbərlər

Bütün Xəbər Lenti