Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətində zərərçəkmişlərin sayını açıqlayıb

Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətində zərərçəkmişlərin sayını açıqlayıb Rusiyanın Səhiyyə Nazirliyi ölkənin Ukrayna ilə sərhədyanı regionu olan Kursk vilayətinin atəşə tutulması nəticəsində avqustun 6-dan bəri 66 nəfərin zərər çəkdiyini, onlardan doqquz nəfərin uşaq olduğunu açıqlayıb.
Region
8 Avqust , 2024 21:38
Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətində zərərçəkmişlərin sayını açıqlayıb

Rusiyanın Səhiyyə Nazirliyi ölkənin Ukrayna ilə sərhədyanı regionu olan Kursk vilayətinin atəşə tutulması nəticəsində avqustun 6-dan bəri 66 nəfərin zərər çəkdiyini, onlardan doqquz nəfərin uşaq olduğunu açıqlayıb.

“Report” RBC-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında diqqətə çatdırılıb.

Bildirilib ki, Kursk vilayətinin tibbi müəssisələrinə 38 nəfər yerləşdirilib ki, onlardan beşi uşaqdır. İkisi uşaq olmaqla 19 zərərçəkmişə ambulator yardım göstərilib.

Səhiyyə Nazirliyi vurğulayıb ki, “tibbi təşkilatlarda lazımi həcmdə dərmanlar, qan və onun komponentləri mövcuddur”.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi