Rusiya Müdafiə Nazirliyinin yanğın baş verən elmi-araşdırma mərkəzində “S-400” zenit-raket kompleksi yığılırmış.
“Report” xəbər verir ki, məlumatı Ukraynanın UNIAN agentliyi yayıb.
Yanğının baş verməsinə ilkin səbəb olaraq elektrik şəbəkəsində qısaqapanma göstərilir. Bildirilib ki, yanğının söndürülməsinə 240-dan çox insan və 69 texnika, 14 təcili tibbi yardım cəlb edilib.
Rusiya rəsmiləri informasiyanı şərh etməyiblər.
Qeyd edək ki, aprelin 21-də nazirliyin Tver şəhərində yerləşən Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində yanğın olub. Nəticədə 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyinin Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi Tver vilayəti üzrə Baş İdarəsi yayıb.
Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzinin yanması nəticəsində 1 nəfər ölüb, təxminən, 30 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Tver vilayəti Baş İdarəsi yayıb.
Bildirilib ki, yaralıların səhhəti dəqiqləşdirilir. Məlumata görə, 1000 kv. metr ərazi yanıb.
Rusiya Müdafiə Nazirliyinin müəssisəsinin elmi əməkdaşları təxliyə edilib.
Hadisənin səbəbi araşdırılır.