Rusiya Kiyev vilayətini atəşə tutub, ölənlər və yaralananlar var
Region
- 11 avqust, 2024
- 05:29
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna raket hücumu zamanı mərmi qalıqlarının fərdi evlərin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti teleqramda bildirib.
“Bu gecə Brovarı rayonunda fərdi yaşayış binalarının üzərinə raket parçaları düşüb. Üç nəfər ağır yaralanıb. Daha iki nəfər: 35 yaşlı kişi və onun 4 yaşlı oğlu binanın dağıntıları altında qalıblar. Təəssüf ki, onlar axtarış-xilasetmə əməliyyatları zamanı ölü tapılıb”, – Dövlət Xidməti diqqətə çatdırıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri avqustun 10-dan 11-nə keçən gecə Ukraynanın müxtəlif ərazilərinə ballistik raket və dron hücumu həyata keçirib.
Son xəbərlər
14:22
Dövlət Gömrük Komitəsi TIR-parkların inşasını planlaşdırır
Biznes14:15
Azərbaycan Basketbol Liqasında IX turun proqramı müəyyənləşib
Komanda14:15
Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 2 % artıb
Biznes14:12
DGK: Tranzit bəyannamələrinin geri qaytarılma hallarının payı 1 %-dən azdır
Biznes14:11
SOCAR-ın "yaşıl istiqraz"larının üçüncü faiz ödənişi edilib
Maliyyə14:08
Foto
Video
Hökməli–Qobu yolundakı avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB-2
Hadisə14:07
Azərbaycan Suriya ilə ərazilərin bərpası təcrübəsini bölüşməyə hazırdır
Xarici siyasət14:05
Azərbaycanda 11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Biznes14:03