Rusiya hərbçiləri İzyumda atəşkəsi pozub

Rusiya hərbçiləri İzyumda atəşkəsi pozub Rusiya hərbçiləri atəşkəs rejiminə əməl etməyərək İzyum şəhərində əhalinin təxliyəsini pozub.
Region
11 Mart , 2022 22:46
Rusiya hərbçiləri İzyumda atəşkəsi pozub

Rusiya hərbçiləri atəşkəs rejiminə əməl etməyərək İzyum şəhərində əhalinin təxliyəsini pozub.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

"Biz 20 avtobus və lazım olan hər şeyi hazırladıq. "Yaşıl dəhliz" yaradıldı, lakin rusiyalı hərbçilər tərəfindən atəşkəs pozuldu", - o deyib.

Sinequbovun sözlərinə görə, hazırda şəhərdə vəziyyət ağırdır.

Qeyd edək ki, bu gün İzyumda psixo-nevroloji internat məktəbi atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi