Belarus növbəti "Su-30SM2" qırıcı təyyarələri alıb
Region
- 26 dekabr, 2025
- 16:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Belarus "Su-30SM2" qırıcı təyyarələrinin növbəti hissəsini alıb.
"Report" xəbər verir ki, bu barədə "BELTA" Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Bu, bu sinif aviasiya texnikasına qoyulan bütün tələblərə cavab verən qırıcı təyyarədir. O təyyarədə uçmaq həqiqi xoşbəxtlikdir", - Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini - aviasiya rəisi Aleksandr Belyayev deyib. Rəsmi qırıcıların hansı ölkədən alındığını dəqiqləşdirməyib.
Təyyarələr aviabazada texniki baxışdan keçəcək və iki həftə ərzində istismara veriləcək. "Bu sonuncu partiya deyil. Gələcəkdə yeni texnika daxil olacaq, hava sərhədlərimizin müdafiəsi artacaq", - A.Belyayev əlavə edib.
Son xəbərlər
17:38
Japarov ABŞ və Britaniyaya Qırğızıstandakı strateji layihələrə investisiya yatırmağı təklif edib
Digər ölkələr
17:37
Avropa Parlamentinin hesabatları: reallıqdan uzaq çağırışlar və ifşa olunan riyakarlıq
Analitika
17:36
Foto
İSB-nin rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
Maliyyə
17:35
Afrika Futbol Konfederasiyası ilin ən yaxşı oyunçusu adına son beş namizədi açıqlayıb
Futbol
17:33
Zəfərdən sonra Azərbaycanla Türkiyə əlaqələri - yeni dövrə töhfə verən müttəfiqlik
Analitika
17:32
Moskva aeroportlarında 30-dan çox reys ləğv edilib
Region
17:29
ADY: Ordubadda müxtəlif ölçülü suötürücü qurğuların tikintisi başa çatıb
İnfrastruktur
17:18
Foto
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi
17:12
Rahim Sterlinq 12 ay müddətinə şərti azadlıqdan məhrum edilib
Futbol