Aİ-nin xüsusi nümayəndəsi: Bakı və İrəvan arasında sazişin imzalanması regionda sabitliyə gətirib çıxaracaq

Aİ-nin xüsusi nümayəndəsi: Bakı və İrəvan arasında sazişin imzalanması regionda sabitliyə gətirib çıxaracaq Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Region
3 aprel 2025 15:10
Aİ-nin xüsusi nümayəndəsi: Bakı və İrəvan arasında sazişin imzalanması regionda sabitliyə gətirib çıxaracaq

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onlar Cənubi Qafqaz regionundakı vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin mətninin razılaşdırılmasının vacibliyini qeyd edib.

M.Qrono sazişin imzalanmasının vacibliyini vurğulayıb. Bunun regionda uzunmüddətli sülh və sabitliyə töhfə verəcəyinə əminliyini ifadə edib.

Tərəflər Ermənistan-Aİ münasibətlərinin gələcək inkişafı və təşkilatın dəstəyi ilə Ermənistanda həyata keçirilən islahatların səmərəli tətbiqinə dair məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi