Qırğızıstanın xüsusi xidmət orqanları ölkədə hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısını alıblar.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Kütləvi iğtişaşlar yolu ilə hakimiyyəti zorakılıqla ələ keçirmək və ölkədə ictimai-siyasi sabitliyi pozmaq planları quran beş nəfərdən ibarət destruktiv qrupun fəaliyyətinin qarşısının alındığı bildirilib.
Onlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər.
Qeyd edilib ki, bu qrup cinayətkarlıq ideologiyasını dəstəkləyən, eləcə də dini ideologiyaya fanatik şəkildə etiqad edən şəxslərdən formalaşıb.
Onların evlərində və avtomobillərində əldəqayırma partlayıcı qurğular, odlu silahlar, döyüş sursatı, hüquq-mühafizə orqanlarının geyim forması, dron, ekstremist ədəbiyyat və digər qadağan olunmuş əşyalar aşkar edilib.