Putin və Quterreş BRICS sammitində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Putin və Quterreş BRICS sammitində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Region
25 Oktyabr , 2024 05:19
Putin və Quterreş BRICS sammitində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

“Report” “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-dən bildirilib.

Tərəflər Qəzza sektoru və Livanda atəşkəsin dayandırılmasının, həmçinin regionda gərginliyin artmasının qabaqlanmasının vacibliyini qeyd ediblər. Yaxın Şərqlə yanaşı, Putin və Quterreş beynəlxalq maliyyə sisteminin inkişafı məsələlərini də müzakirə ediblər.

BMT-nin Baş katibi xüsusilə Qara dənizdə gəmiçilik sərbəstliyinə diqqət çəkib – dünya təşkilatının bəyanatına görə, bu, Rusiya, Ukrayna, həmçinin dünya ərzaq və enerji təhlükəsizliyi üçün birinci dərəcəli önəm daşıyır.

Quterreş bu istiqamətdə danışıqların davam etdirilməsini tam dəstəkləyib və Türkiyənin gördüyü işlərə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi