Putin: “Varis haqqında danışıqlar vəziyyətin sabitliyini pozur”

Putin: “Varis haqqında danışıqlar vəziyyətin sabitliyini pozur” Rusiya Federasiyasının Prezidenti Vladimir Putin varisinin kim olacağı barədə sualı cavablandırıb.
Region
14 Oktyabr , 2021 04:03
Putin: “Varis haqqında danışıqlar vəziyyətin sabitliyini pozur”
Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirakı barədə sualı cavablandırıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, dövlət başçısı növbəti prezident seçkilərində iştirakı imkanlarına diqqət çəkib.

“Konstitusiya mənə növbəti müddətə prezidentliyə namizəd olmağa icazə verir. Amma bu məsələdə hələ heç bir qərar qəbul edilməyib”, - deyə Prezident vurğulayıb.

Vladimir Putin xələfinin kim olacağını açıqlamayıb.

“Növbəti prezident seçkilərinə kifayət qədər çox vaxt var. Varis haqqında danışıqlar vəziyyətin sabitliyini pozur”, - Rusiya lideri deyib.

O, siyasi varisi barədə düşünmədiyini qeyd edib. "Bu barədə suallara cavab verməməyi üstün tuturam. Bu, mənim ənənəvi cavabımdır", - Putin bildirib.

Son xəbərlər

Orphus sistemi