“Ukrayna böhranı ərazi münaqişəsi deyil. Rusiyanın hansısa əraziləri zəbt etmək marağı yoxdur”.
Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib.
Rusiya lideri qeyd edib ki, davamlı sülh o zaman bərqərar olacaq ki, hər kəs özünü təhlükəsiz hesab edəcək.
Putinin sözlərinə görə, Qərbdəki kontragentlər bütün qaydaları pozublar.
O əlavə edib ki, özünü müstəqil aparan hər kəs Qərb üçün yox edilməli olan birinə çevrilir:
“Qərb elitasının müəyyən hissəsinin həmişə düşmənə ehtiyacı var - dünya bizimlə onlar arasında qarşıdurmaya sürüklənir”.
Rusiya Prezidenti vurğulayıb ki, bəzilərinin təhlükəsizliyini digərlərinin hesabına təmin etmək mümkün deyil, harmoniya əldə etmək olar - sadəcə qüruru bir kənara qoymaq lazımdır: "Rusiya bütün ölkələrin bərabərliyinin tərəfdarıdır. Heç kim tabe olmamalı və öz maraqlarını başqalarından asılı etməməlidir".