Bakı. 16 aprel. REPORT.AZ/ "Bu gün iranlı tərəfdaşlarımız nüvə proqramı üzrə kompromis əldə etmək üçün ciddi səy göstərir və istək nümayiş etdirir". "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı Rusiyanın İrana "C-300" zenit-raket komplekslərinin idxalı ehtimalını şərh edərkən bildirib.
"Əslində prosesin bütün iştirakçıları bəyan edib ki, razılaşma əldə olunub, sadəcə, bəzi texniki detalların tamamlanması qalıb", - Rusiya prezidenti vurğulayıb.
V.Putin deyib ki, İrana "C-300" zenit-raket komplekslərinin idxalı haqqında müqavilə 2007-ci ildə imzalanıb, sonradan idxal birtərəfli qaydada dayandırılıb. Qeyd olunub ki, bu zenit-raket komplekslərinin idxalına qadağa heç bir sanksiya siyahısına daxil deyil.