“Amerikalı həmkarıma nə cavab verim? Mən ona istehzasız və zarafatsız sağlamlıq arzulayıram”.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Cozef Baydenə cavab olaraq deyib.
“Uşaqlıqda həyətdə oynayanda bir-birimizlə mübahisə edərkən deyərdik: “Adımı sənə qoyum, səni yana-yana qoyum”. Bu, təsadüfi deyildi. Bu, adi uşaq deyimi və zarafatı deyildi. Bunun dərin psixoloji mənası var. Biz həmişə başqa adamda öz keyfiyyətlərimizi görürük. Fikirləşirik ki, o da bizim kimidir”, - Rusiya prezidenti vurğulayıb.
V.Putin qeyd edib ki, hər xalqın tarixində çoxlu dramatik və qanlı hadisələr var: “Ancaq biz başqalarını dəyərləndirəndə, yaxud başqa dövlətə, başqa xalqa qiymət verəndə biz həmişə sanki güzgüyə baxırıq”.
O, ABŞ-da çoxlu sayda dürüst və layiqli insanın olduğunu, Rusiyanın onlara etibar edəcəyini söyləyib. V.Putin bildirib ki, Rusiya ABŞ-la özünə sərfəli şərtlərlə işləyəcək.
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenə cavab verib.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
“Mən ona “sağlam ol” deyərdim. Başqa insanları və ölkələri dəyərləndirməzdən əvvəl güzgüyə baxmaq lazımdır. Adımı sənə qoyum, səni yana-yana qoyum”, - V.Putin bildirib.
Qeyd edək ki,C.Bayden ABC telekanalına müsahibəsində bildirib ki, V.Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə edib və bunun qarşılığını ödəyəcək.