Türkiyənin daha bir bölgəsi terrorçulardan tamamilə təmizlənib
- 07 aprel, 2023
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin hüquq-mühafizə və təhlükəsizlik qüvvələri “Eren Abluka Sonbahar Kış-5” antiterror əməliyyatı çərçivəsində ölkənin Hakkari şəhərinin Alenduz bölgəsində xüsusi əməliyyat keçirib.
“Report” “TRT Haber”ə istinadən bildirir ki, nəticədə PKK terror qruplaşmasının rəhbər şəxslərindən olan "Alişer intikam" kod adlı Emrah Arpak məhv edilib, 1 terrorçu ələ keçirilib.
Məlumata görə, bununla da Alenduz bölgəsi terrorçulardan tamamilə təmizlənib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviterdə yazıb ki, zərərsizləşdirilən terrorçu beynəlxalq axtarışda olub.
“Hakkari Alanduz ərazisi terrorçulardan tamamilə təmizləndi. PKK-nın “komandiri”, axtarışda olan terrorçu gizləndiyi mağaraya təşkil etdiyimiz əməliyyat nəticəsində zərərsizləşdirilib. Halal olsun qəhrəmanlarımıza”, - nazir bildirib.